Researchlaw.az - məhkəmə qərarlarının elektron bazası üzrə axtarış imkanlarını təqdim edən veb-saytdır. Xarici analoqlar:
Haqqımızda
Elektron bazada hal-hazırda 150000-dən çox məhkəmə qərarı mövcuddur və saytın istifadəçiləri həmin qərarlar üzrə axtarış aparmaq və onları yükləmək imkanına malikdirlər. Saytın elektron bazası aşağıdakı məhkəmələrin qərarlarından təşkil olunub:
- Konstitusiya Məhkəməsi (≈ 0,4%)
- Ali Məhkəmənin Plenumu (≈ 0.1%)
- Ali Məhkəmə (≈ 65%)
- Apelyasiya Məhkəmələri (≈ 32,5%)
- 1-ci instansiya (İnzibati-İqtisadi) Məhkəmələri. (≈ 2%)
Researchlaw.az məhkəmə qərarları üzrə təkmilləşdirilmiş axtarış imkanlarını təklif edir:
- Açar sözlər üzrə axtarış
- İfadələr üzrə axtarış
- Tarix üzrə axtarış
- Məhkəmə instansiyaları üzrə axtarış
- Məhkəmə kollegiyaları üzrə axtarış
Researchlaw.az – hüquq sahəsində fəaliyyət göstərən istənilən qurum və şəxslər üçün faydalıdır:
- Universitetlər (hüquq fakültələri)
- Hüquq firmaları
- Fərdi vəkillər
- Ayrı-ayrı şirkətlərin hüquq departamentləri
- Hüquqi tədqiqatla məşğul olan şəxslər
- MƏHKƏMƏ PRAKTİKASININ ÖYRƏNİLMƏSİ
- Məhkəməyə getmədən məhkəmə praktikasını öyrənin
- Ayrı-ayrı iddia və etirazlarınızın məhkəmə perspektivini müəyyən edin
- Hüquqi rəylərin tərtibi zamanı ayrı-ayrı məsələlərə məhkəmələrin yanaşmasını araşdıraraq müştərilərinizin suallarını daha dolğun və əminliklə cavablandırın
- Qanunvericiliyin ayrı-ayrı normalarının müxtəlif məhkəmələr tərəfindən necə izah/şərh edildiyini öyrənin
- Qanunvericiliyin qeyri-müəyyən və ziddiyyətli normaları üzrə məhkəmə tətbiqetmə praktikasını öyrənin
- Məhkəmədə mövqeyinizi gücləndirmək üçün presedentlərdən istifadə edin
- İNZİBATİ PRAKTİKANIN ÖYRƏNİLMƏSİ
- İnzibati işlər üzrə məhkəmə qərarlarından mövcud inzibati praktikanın vəziyyətini öyrənin*
- Ayrı-ayrı inzibati qərarların mübahisələndirilməsi perspektivi
- Ayrı-ayrı məcburetmə haqqında iddiaların məhkəmə perspektivi
- Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların məhkəmə perspektivi və s.
- FORMALAŞMIŞ SÜBUTETMƏ PRAKTİKASININ ÖYRƏNİLMƏSİ
- Müxtəlif məhkəmə işləri üzrə ayrı-ayrı halların sübuta yetirilməsi praktikasını öyrənin
- Ayrı-ayrı qanunvericilik normalarının tətbiq edilməsi üçün tələb olunan sübutlar (sübutların yetərliliyi)
- Sübutların münaqişəsi zamanı sübutların mötəbərliyi
- Sübutların mübahisələndirilmə praktikası
- ZƏNGİN AKADEMİK TƏDQİQATIN APARILMASI*
- Hüquq üzrə elmi işlərin (kurs işi, diplom işi, dissertasiya və s.) yazılması
- Məqalələrin yazılması
- Dərsliklərin yazılması
- Kommentariyaların yazılması