Açar söz üzrə axtarış: Əsas səhifədə yerləşən axtarış qurğusundakı axtarış zolağına müvafiq açar sözü və ya sözləri daxil etməklə məhkəmə qərarları üzrə sadə axtarış apara bilərsiniz. Nəzərə alın ki, siz axtarış zolağında 2 və ya daha çox söz yazdıqda axtarış “və ya” prinsipi ilə aparılır. Məsələn, siz mənəvi zərər ifadəsi üzrə axtarış etdikdə sizə mənəvi və ya zərər sözünün ayrı-ayrılıqda rast gəlindiyi bütün göstəriləcəkdir.

İfadə üzrə axtarış: Əgər siz 2 və ya daha çox sözdən ibarət ifadə üzrə axtarış vermək istəyirsinizsə, o zaman müvafiq ifadəni axtarış zolağında dırnaq işarəsi arasında yazmalısınız (məsələn, “mənəvi zərər” və ya “hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası”) və bu zaman ifadənin yalnız bütöv halda rast gəlindiyi məhkəmə qərarları çıxacaqdır.

Bir neçə ifadə və ya açar söz üzrə axtarış: Əgər siz bir neçə ifadənin
(və ya sözün) hamısının bir yerdə rast gəlindiyi qərarları görmək istəyirsinizsə, o zaman əvvəlcə bir
ifadə (və ya söz) üzrə axtarış verməli, daha sonra axtarış qurğusunun sağ hissəsində
yaranacaq “➕” işarəsinə basmalı
və yaranmış köməkçi axtarış qurğusunun axtarış zolağına ikinci
ifadəni (yenə də dırnaq işarəsi arasında) və ya açar sözü daxil etməlisiniz.
Əgər daha çox ifadə və ya sözün bir yerdə rast gəlindiyi qərarları tapmaq istəyirsinizsə, “➕” işarəsinə
basmaqla müvafiq sayda axtarış qurğusu yarada və yaranacaq axtarış zolaqlarında lazımi ifadə və ya sözləri yazaraq
axtarış etməlisiniz.